Siyasət
26 yanvar 2021
248

Hikmət Hacıyevdən region dövlətlərinə çağırış – VİDEO

Hikmət Hacıyevdən region dövlətlərinə çağırış – VİDEO


“Cənubi Qafqazda konfrontasiya öz yerini əməkdaşlıqla dəyişdi. Bizim regional əməkdaşlıq, regional inteqrasiya üçün əla imkanlarımız var”.

Oxu.az məlumatına əsasən, bunu Prezidentin köməkçisi -  Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinin onlayn müzakirələri zamanı deyib.

O bildirib ki, regional əməkdaşlıq və regional inteqrasiya üçün yeni təhlükəsizlik arxitekturası qurulur.

H.Hacıyev sualları cavablandırarkən mövcud vəziyyətin region dövlətləri qarşısında yeni çağırışlar qoyduğunu da bildirib.

“Eyni zamanda bölgədə həll olunmamış problemlər mövcuddur. Bunların həlli üçün region dövlətləri və xaricdəki tərəfdaşların dəstəyinə ehtiyac var”,-deyə H.Hacıyev əlavə edib.