Siyasət
26 yanvar 2021
271

Nazir Rövşən Əkbərovun bacısı oğluna yeni vəzifə verdi

Nazir Rövşən Əkbərovun bacısı oğluna yeni vəzifə verdi


Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Unikal.org verdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Samir Həsənov Səbail RPİ-nin 8-ci Polis bölməsinin rəisi vəzifəsinə təyin olunub.

O ötən günlərdə Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü.

Qeyd edək ki, Samir Həsənov Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun bacısı oğludur.