Siyasət
30 yanvar 2021
369
Ağdamda Birgə Monitorinq Mərkəzinin açılışı oldu

Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub.
Açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.
Mərkəzin sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları inşa olunub.
Monitorinq Mərkəzində Türkiyə və Rusiya tərəfdən 60 hərbi qulluqçu (ümumilikdə 120 nəfər-red) xidmət göstərəcək.
Ağdamda fəaliyyətə başlayan mərkəzdə Türkiyəni təmsil edən şəxsi heyətə general-mayor Abdullah Katırcı, Rusiya şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edəcək.
Daha çox xəbər:

Ortaq Monitorinq Mərkəzində yer alacaq türkiyəli hərbçilər artıq Azərbaycan ...
Gündəm, Siyasət, Video
Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır
Siyasət
Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma imzalanıb
Dünya
Vladimir Putin: "Azərbaycan birgə monitorinq mərkəzinin harada yerləşəcəyi ...
Dünya
Qarabağdakı Birgə Monitorinq Mərkəzinin yerini Azərbaycan müəyyənləşdirəcək
Cəmiyyət