Siyasət
27 iyun 2020
983
Rəsmi Bakı: “Paşinyanın büründüyü pərdə açılır”
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxışı zamanı təcavüzkar ölkə olan Ermənistandakı vəziyyəti bütün çılpaqlığı ilə təsvir etməsi, bu “müstəqil” ölkənin yaşadığı dərin böhranı konkret faktlarla qeyd etməsi, Ermənistan rəhbərliyini acı həqiqətlərlə üz-üzə qoyub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayevanın şərhində bildirilir.
L.Abdullayeva deyib ki, “demokratik inqilab” pərdəsinə bürünüb hakimiyyətə gələn, xalqına qızıl dağlar vəd edən Ermənistan rəhbərliyi, ölkədəki hakimiyyət bölgüsünü pozaraq diktatura rejimini qurub.
“Verdiyi vədlərinə əməl edə bilməməsi, özündən öncəki cinayətkar rejimin işğalçı siyasətini möhkəmləndirmək, beləliklə də beynəlxalq hüququn norma və prinsiplərini tapdalamaq siyasətini davam etdirməsi artıq Ermənistan baş nazirinin büründüyü “pərdənin” açılaraq həqiqətləri üzə çıxardığını göstərir”, - deyə L.Abdullayeva əlavə edib.
XİN rəsmisinin fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanat və hərəkətləri onun ölkə daxilindəki uğursuzluğunu, bölgədəki vəziyyəti gərginləşdirərək, münaqişənin yenidən alovlanması yolu ilə ört-basdır etmək cəhdlərindən xəbər verir.
“Əks-təqdirdə, işğalçı ölkənin rəhbərliyinin Azərbaycana qarşı olan son təxribat və təhrikçi əməllərini necə izah emək olar?!
Təcavüzkar Ermənistan rəhbərliyi əmin olmalıdır ki, heç bir təxribatı cavabsız qalmayacaq. Azərbaycan xalqı dövət başçısının rəhbərliyi altında və beynəlxalq hüququn norma və prinsipləri, eləcə də, Azərbaycan qanunvericiliyi əsasında Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin edəcək.
Ermənistan rəhbərliyi isə Azərbaycanın ərazilərinin hərbi işğalı, bu ərazilərdə etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulmasına görə birbaşa məsuliyyət daşıdığı kimi, cinayətkar əməllərinə görə öz xalqı qarşısında da cavab verəcək”.
Daha çox xəbər:
İşğalçı Ermənistan ordusu atəşkəsi 50 dəfə pozub
KriminalAvropa Parlamentindən Paşinyana sərt təpki – Bəyanat verildi
Gündəm, SiyasətPaşinyana daha bir zərbə Avropa Parlamentindən gəldi – Dünən Qarabağla bağl ...
Dünya“Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
Gündəm, SiyasətErmənistan Prezidentinin oğlu ərə getdi – FOTO
Dünya