Siyasət
26 fevral 2021
216
İlham Əliyev: “Azərbaycan pandemiyanın əvvəlindən vəziyyəti nəzarətdə saxlayır”
Azərbaycan pandemiyanın əvvəlindən bu günədək vəziyyəti nəzarətdə saxlayır.
Bunu Prezident İlham Əliyev cümə günü keçirdiyi mətbuat konfransında bildirib.
“Bizdə yoluxma səviyyəsi olduqca azdır. Cəmi 200 mindən bir az çox insan koronavirusa yoluxub. Bu gün cəmi 2 min aktiv xəstə var. Xəstəxanalarda yerlərimiz çoxdur, çünki 10-dan artıq yeni modul tipli xəstəxana tikmişik”, - deyə o, əlavə edib.
Dövlət başçısı hazırda sağalanların sayının yoluxanları üstələdiyini göstərən müsbət bir dinamikanın olduğunu vurğuladı.
Preziden həmçinin Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında vaksinasiyaya başlayan ilk ölkə olduğunu qeyd etdi.
“Biz yanvarın 18-dən vaksnasiyaya başladıq və Çində istehsal olunan “CoronaVac” peyvəndlərini alırıq”.
Ölkə rəhbəri bundan başqa “AstraZeneca”, “Moderna”, “Pfizer” peyvəndlərinin alınacağını dedi.
“Həmçinin “AstraZeneca” və “Sputnik” peyvəndlərinin tədarükü üçün də Rusiya tərəfi ilə sənədlər imzaladıq. Ancaq hələ ki, bu vaksinlər bizə gəlməyib. Rusiya “Sputnik” peyvəndi ilə bağlı daxili ehtiyaclarını təmin edir.
Bizdə hazırda gündə 15-20 min adama peyvənd vurulur, 4 milyon doz “CoronaVac” peyvəndinin alınması üçün müqavilə bağlanıb”, - deyə Prezident əlavə etdi.
Daha çox xəbər:
Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin “Twitter” hesabı bloklandı
DünyaÜST: Qarşıdakı 100 gündə bütün dünyada vaksinasiyanın başlaması vacibdir
Cəmiyyətİlham Əliyev Vladimir Putinə zəng etdi
SiyasətQeyts tarix verdi — COVID-19 bu müddətdə bitəcək
DünyaKoronavirus peyvəndinin qiyməti bəlli oldu
Ölkə