Siyasət
02 mart 2021
11

Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi

Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi


Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Unikal.org məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Zaur Qədirov Quba rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Suraxanı RPİ-nin ictimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.