Siyasət
04 mart 2021
293
Əli Əsədov iclas keçirdi - FOTO

Baş nazir Əli Əsədovun sədrliyi ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olunub.
İclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamda hökumətə “2021-2025-ci illər üzrə Sosial-iqtisadi inkişaf strategiyası”nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqlar, habelə yaradılmış Komissiyanın 10 alt işçi qrupunun fəaliyyət istiqamətləri, iş planları və onun koordinasiyası, hesabatlıq və təşkilati məsələlər müzakirə olunub.
Daha çox xəbər:

İşğaldan azad edilmiş ərazilərdə dövlət orqanlarının strukturları yaradılır
Bölgə
"Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq" - Mikayıl Cabbarov
İqtisadiyyat
Mehriban Əliyeva Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı tapşırıq ...
Ölkə
Əli Əsədovdan 2021-ci il dövlət büdcəsi ilə bağlı QƏRAR
Siyasət
Cavid Qurbanov videokonfrans keçirdi - Foto
Gündəm, Siyasət