Siyasət
04 mart 2021
276
Mədət Quliyev Pakistanın Baş Qərargah rəisi ilə görüşdü
Müdafiə sənayesi naziri Mədət Quliyev bu gün Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Müdafiə Sənayesi Nazirliyinin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradıldığını qonaqların diqqətinə çatdıran Mədət Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb. Pakistanın Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizədə daim xalqımızın yanında olduğunu vurğulayan nazir dost ölkənin siyasi, mənəvi dəstəyini və qəti mövqeyini yüksək qiymətləndirib. Qonaqlar, həmçinin, Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər barədə məlumatlandırılıblar. Bildirilib ki, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması həmin bölgələrin acınacaqlı vəziyyətə düşməsi, mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələrinin də məhv edilməsi, ən əsası isə yüz minlərlə azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsi ilə nəticələnib.
Öz növbəsində, general Nadim Raza Azərbaycan və Pakistan arasında əlaqələrin inkişafı naminə səylərini bundan sonra da əsirgəməyəcəyini bildirib, iki ölkə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu və tərəflər üçün bundan sonra da qarşılıqlı faydalı olacağını vurğulayıb.
Nümayəndə heyətinin tərkibində yer alan Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Yaheen Azərbaycan və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişafı istiqamətində səylərin birləşdiriləcəyindən və bu əlaqələrin dünyada sülhün bərqərar olunması işinə böyük töhfə verəcəyindən əminliyini bildirib.
Daha çox xəbər:
Pakistanın Baş Qərargah rəisi Azərbaycandadır
SiyasətTəhsil naziri pakistanlı səfirlə görüşdü - FOTO
SosialBu gün Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü olacaq
SiyasətMikayıl Cabbarov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşdü — FOTO
SiyasətMədət Quliyevə yeni müavin təyin edilib
Siyasət