Siyasət
12 mart 2021
213
DİN-də yeni təyinat
Hacıqabul Şəhər Polis Şöbəsində yeni təyinat olub.
"Report” xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmri ilə Şirvan ŞPŞ-nin əməkdaşı, polis leytenantı Məmmədli Taleh Bəybala oğlu tutduğu vəzifədən azad edilərək Hacıqabul RPŞ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi qrupunun Baş inspektoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, T.Məmmədli bu vəzifəyə təyin olunana qədər Şirvan ŞPŞ-nin Növbətçi hissəsinin məsul növbətçisi vəzifəsində çalışıb.