Siyasət
17 mart 2021
1020
İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kəndində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərinə səfərindən sonra Daşaltı kəndində olublar.
Avtomobili özü idarə edən Prezident İlham Əliyev deyib:
“Burada Daşaltı kəndidir. Daşaltı kəndi ilə tanış olacayıq. Məhz bizim Müzəffər Ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları qəth edərək Şuşaya daxil olublar. Azərbaycanın gözəl təbiəti göz önündədir. Qarabağ torpağıdır. Bundan sonra azərbaycanlılar burada əbədi yaşayacaq”.
Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

Daha çox xəbər:

İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar - ...
Gündəm, Siyasət, Video
İlham Əliyev Xocalının Sığnaq kəndində - VİDEO
Bölgə
İlham Əliyev və Mehriban Əliyeva Xocavəndin Böyük Tağlar kəndində - VİDEO
Bölgə
İlham Əliyev və Mehriban Əliyeva Füzuli hava limanının təməlqoyma mərasimin ...
Gündəm, Siyasət
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərin bir h ...
Gündəm, Siyasət