Siyasət
26 avqust 2021
1099
Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıb - RƏSMİ

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçularımızın Vətənə qayıdışı planlaşdırılır.
Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib.
Daha çox xəbər:

Azərbaycanda yeni yubiley medalı təsis edilib - FOTO
Siyasət
Düşmənin ballistik raket kompleksi dəqiq zərbə ilə sıradan çıxarılıb
Kriminal
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yubiley medalı ...
Sosial
Əfqanıstan növbəti dəfə Azərbaycana dəstək verib
Siyasət
Ermənistana məxsus iki taktiki PUA məhv edildi — RƏSMİ
Kriminal