Siyasət
20 iyul 2024
201
Prezident: "Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük"

Bu sözləri Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
Pakistan tərəfindən hər zaman qardaş dəstəyi hiss etdiyimizi xatırladan dövlətimizin başçısı buna görə bir daha minnətdarlığını bildirib. Prezident əlavə edib: "Bu sahədə (media - red.) səylərimizin birləşdirilməsi çox yaxşı bir fikirdir. Hesab edirəm ki, biz bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyə bilmək üçün birgə media işçi qrupu da yarada bilərik. Bəzi beynəlxalq media təşkilatlarına bizim çıxışımız var, bəzilərinə isə sizin. Bunu təkcə Pakistanla deyil, digər dost ölkələrlə də edə bilərik."
Daha çox xəbər:

İlham Əliyev: "Azərbaycan xalqı qarşısında verilən vədlər və götürülmüş öh ...
Gündəm, Siyasət
Prezidentin köməkçisi: Azərbaycan-Türkiyə media platforması vacib təşəbbüsd ...
Siyasət
Prezident: "Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı də ...
Gündəm, Siyasət
Ərdoğan Prezident İlham Əliyevə yunan səfirinə dediyi sözlərə görə təşəkkür ...
Dünya
Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib
Siyasət