Siyasət
25 iyul 2024
93

Azərbaycan hərbçiləri Ermənistanın kəşfiyyat cəhdinin qarşısını aldılar

Azərbaycan hərbçiləri Ermənistanın kəşfiyyat cəhdinin qarşısını aldılar



İyulun 25-də saat 10:55-də Ermənistan ordusuna məxsus bir kvadrokopter Tovuz rayonunun Ağdam kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində kəşfiyyat uçuşu etməyə çalışıb.

Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan bölmələrinin sayıqlığı nəticəsində pilotsuz uçuş aparatı müəyyən edilib və xüsusi texniki vasitələrdən istifadə edilərək ərazidən uzaqlaşdırılıb.