Siyasət
26 iyul 2024
198

Azərbaycan və Türkiyə Arasında Miqrasiya Sazişi Təsdiqlənib

Azərbaycan və Türkiyə Arasında Miqrasiya Sazişi Təsdiqlənib

Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Sazişi təsdiq edən fərman imzalayıb. Fərmana əsasən, 2024-cü il iyunun 6-da Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş" təsdiqlənib.

Eyni zamanda, Prezident İlham Əliyev digər bir fərmanla Azərbaycan və Qazaxıstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişi də təsdiq edib. Bu saziş, 2024-cü il iyunun 7-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında Saziş"dir.