Siyasət
13 iyul 2020
1166
İlham Əliyev: “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”
“Dünən günorta saatlarında Ermənistan Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir”.
Bunu Prezident İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olub:
“Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olub. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.
Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”.
Daha çox xəbər:
İlham Əliyev Təhlükəsizlik Şurasını TOPLADI — YENİLƏNİB - VİDEO
Gündəm, SiyasətErmənistan cəbhədəki itkilərini etiraf etməyə başladı
DünyaErmənistan tərəfinin təxribatı Azərbaycan Ordusunun gücünü bir daha nümayiş ...
SiyasətCəbhədəki döyüşlə bağlı növbəti AÇIQLAMA — 2 əsgərimiz şəhid olub, 5-i yara ...
Gündəm, ÖlkəSON DƏQİQƏ: Azərbaycan - Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedi ...
Gündəm, Ölkə