Siyasət
13 iyul 2020
354
MN rəsmisi sualları cavabladı - Video
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı jurnalistlərin suallarını cavablandırıb. O, sosial şəbəkələrdə Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
“Qafqazinfo” xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı jurnalistlərə müsahibəsində deyib ki, sosial şəbəkələrdə müxtəlif dedi-qodular, söz- söhbətlər gedir: “Müxtəlif istiqamətlərdə guya hansısa əməliyyatların keçirilməsiylə bağlı əsassız məlumatlara yayılır. Bir daha xalqımıza, o cümlədən Kütləvi İnformasiya Vasitələrinə, sosial şəbəkə istifadəçilərinə müraciət edirəm. Ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyi onlardan xahiş edirik. Dedi-qodu yayılması düşmən dəyirmanına su tökməkdir.
Təvəqqe edirik ki, ancaq rəsmi məlumatlara istinad etsinlər. Dünən sosial şəbəkədə bir qrup vətəndaşlarımız Azərbaycan ordusuna dəstək, Qarabağın azad olunmasıyla bağlı şüarlar səsləndirərək çağırışlar ediblər. Onlar Qarabağ uğrunda yekdilliklə ayağa qalxmağa çağırışlar ediblər. Vətənpərvərlik hissindən gələn bu çağırışları biz anlayırıq. Ancaq bildirmək istəyirik ki, Azərbaycan əsgəri düşmənə layiqli cavab verməyə hazırdır və bunu edir. Ona görə də sosial şəbəkələrdə bu cür söz-söhbətlərin yayılmasına ehtiyac yoxdur. Bu cür məlumatların yayılması düşmənin maraqlarına xidmət edir”.
Həmin videonu təqdim edirik:
Daha çox xəbər:
Dondar Quşçu atəşə tutuldu
Siyasət"Ərazi itkisinə yol verilməyib" — Müdafiə Nazirliyi
SiyasətVilayət Eyvazov: “Sosial şəbəkələrdə əhali arasında xof, vahimə yaradan yal ...
SiyasətSosial şəbəkələrdə yayılan video ilə bağlı - TƏBİB-dən açıqlama
CəmiyyətOmbudsmandan KİV-ə və sosial şəbəkə istifadəçilərinə — MÜRACİƏT
Ölkə