Siyasət
15 iyul 2020
303
ATƏT sədri Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırdı
"Mən Ermənistan və Azərbaycan arasında sərhəddə müşahidə etdiyimiz zorakılıqların artmasından çox narahatam və insanların məhv olmasını görməzdən əvvəl dərhal atəşin dayandırılmasına qayıtmağa çağırıram".
Report xəbər verir ki, bu sözləri ATƏT-in hazırkı sədri, Albaniyanın baş naziri, Avropa və Xarici İşlər naziri Edi Rama deyib.
O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik vəziyyəti sabitliyə qaytarmağa çalışaraq tərəflərlə sıx əlaqələri dəstəkləyirlər. Azərbaycan və Ermənistan liderləri arasında birbaşa əlaqə 2019-cu ilin martında Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə Vyanada görüş zamanı qurulub. Edi Rama belə mexanizmlərin vəziyyətin deeskalasiyası üçün istifadə edilə biləcəyinə ümidini ifadə edib.
Daha çox xəbər:
"Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Naziri tapa bilmirdim" — Prezi ...
Gündəm, SiyasətABŞ Azərbaycana və Ermənistana çağırış etdi
DünyaAzərbaycan XİN başçısı rusiyalı həmsədri və Anjey Kaspşik ilə cəbhədəki vəz ...
SiyasətMüdafiə naziri: “Çağırışçılar arasında koronavirusa yoluxma qeydə alınıb” — ...
CəmiyyətAvropa Parlamentindən Paşinyana sərt təpki – Bəyanat verildi
Gündəm, Siyasət