Siyasət
29 sentyabr 2020
1331
Türkiyə, Pakistan və Ukrayna vətəndaşları da Prezidentə dəstək məktubu yazdı
Son günlər cəbhədə baş verən döyüşlərlə əlaqədar Azərbaycan, Ukrayna, Pakistan, Türkiyə vətəndaşları Prezident İlham Əliyevə dəstək məktubları göndərirlər. Onlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını qeyd ediblər.
Məktublardan bir neçəsini təqdim edirik:
Polkovnik Babayev Əlaləm, İsmayıllı
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sentyabrın 27-də faşist Ermənistanın növbəti təxribatından və onların bütün cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində düşmənə layiqli cavab verilmişdir. Ordumuz gün ərzində uzun illər işğal altında olan yeddi kəndimizi və ən strateji yüksəklik olan Murovdağ silsiləsini mənfur düşməndən azad etmişdir. Bu qələbələr bizi çox sevindirir. Biz çox inanırıq ki, Sizin rəhbərliyinizlə şanlı ordumuz işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından azad edəcək və zəfər çalacaq. Çünki bizim işimiz haqq işidir.
Rəssam Azadədən, Qobustan
Hörmətli cənab Ali Baş Komandan.
Bu gün hamının düşüncəsi bütünlüklə Azərbaycan əsgərinin döyüş əzminə, qələbə ruhuna köklənib. Bu köklənmə vətənsevərlikdir, Azərbaycan əsgərinin gücünə, qüdrətinə inamdır, Ali Baş Komandanın əmriylə döyüşən hərbi qulluqçularımıza vətəndaş xeyir-duasıdır. Yurdumuzun hər qarışı mənim üçün əziz və doğmadır. Vətənə xidmət etmək, onu qorumaq bizim müqəddəs və şərəfli borcumuzdur. Bu borcu ləyaqətlə yerinə yetirdiyimə görə qürurluyam. Xalqımız qəhrəman, cəsur xalqdır. Biz də onların qəhrəmanlıqlarını təkrar edərək, erməni işğalçılarını torpaqlarımızdan təmizləyəcəyik. Cənab Prezident, Ulu Tanrı bu haqq yolunda köməyiniz olsun.
Əhədova Sevinc Ağamalı qızı, Saatlı şəhəri.
Hörmətli cənab Prezident.
Siz zamanın sınağından ləyaqətlə çıxmış bir Lidersiniz. Bu sınaqlarda xalq Sizin arxanızda, Siz də xalqın önündə olmusunuz. Haqq mübarizəmizdə də qəsbkar, xəyanətkar erməni faşistləri zaman-zaman Sizin və ordumuzun layiqli cavablarını alıblar. Cənab Prezident, inanırıq ki, Sizin komandanlığınızla torpaqlarımızı mənfur düşməndən azad edəcək, bu mübarizədə qalib gələcəyik. Qadın olmağıma baxmayaraq, bu yolda Sizin əmrinizi gözləyirəm.
Zeynalova Aysel Hidayət qızı Bakı şəhəri, Səbail rayonu.
Hörmətli cənab Prezident.
Bu məktubu yazarkən həm kövrəlirəm, həm də fərəhlənirəm. Şükür ki, o gün gəldi çıxdı. Heydər babanın da ruhu indi şaddır. Vətənimiz uğrunda bütün şəhid olanların da ruhu indi sevinir. Təbrik edirəm Sizi, mənim müdrik Prezidentim. Bu zəfər bütün azərbaycanlılarımızın zəfəridir. Deyilməyə o qədər sözlər var ki, amma həyacandan söz tapa bilmirəm. Siz ki, bizə bu sevinc gözyaşlarını yaşatdınız, Allah Sizi həmişə var eləsin. Heydər babanın bir zamanlar fərəhlə dediyi bu cümləni, indi də mən fərəhlə deyirəm: Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Dərin hörmət və böyük övlad sevgisi ilə…
Suat Muratoğludan, Ankara, Türkiyə
Hörmətli cənab Prezident. Mən Türkiyə vətəndaşıyam. Xaraktersiz ermənilərin əməllərini şiddətlə qınayıram. Davanız davam, yolunuz yolumdur. Azərbaycan mənim də ölkəmdir. Lazım gələrsə, Sizin ölkəniz üçün də vuruşmağa, şəhid olmağa tərəddüd etmərəm. Dualarım Sizinlədir. Ehtiyac olarsa, sevə-sevə cəbhəyə getməyə və qardaşlarımla birlikdə vuruşmağa hazıram.
Allah yardımçısınız olsun. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza da qısa zamanda şəfa tapmalarını diləyirəm.
Özdoğan Məhəmməd və Satı Leventdən, Tekirdağ, Türkiyə
Hörmətli cənab Prezident.
Bu çətin günlərdə Sizə yaxşı və sağlam çalışmalar və uğurlar diləyirəm. Mənim 24 yaşım var. Vətənin bu çətin günündə azərbaycanlı qardaşlarımın yanında olmaq istəyirəm. Hər hansı bir əmriniz olarsa canla-başla yerinə yetirməyə hazıram.
Cənab Ali Baş Komandan, ermənilərə qarşı hərbi əməliyyatların iştirakçısı olmaqdan qürur duyardım. Əmrinizi gözləyirəm.
Babacan Eyüpdən, Şanlıurfa, Türkiyə
Hörmətli cənab Prezident.
İlk növbədə, Sizə salamlarımı çatdırır, ehtiramımı bildirirəm. Erməni işğalçıları ilə apardığınız mübarizədə Türkiyə xalqı olaraq, sonuna qədər yanınızda olduğumuzu, dualarımızın Sizinlə birlikdə olduğunu bilməyinizi istəyirik. Rəbbim qardaş Azərbaycanın yardımçısı olsun. Hər zaman can qardaşlarımızın yanındayıq.
Tutduğunuz bu haqq yolunda Sizə zəfər arzulayıram.
Məsud Əhməddən, Multan, Pakistan
Möhtərəm cənab Prezident.
Mən ölkənizlə dost və qardaş münasibətində olan Pakistanın vətəndaşı olaraq ölkəmin Sizin və böyük xalqınızın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı tam qəlbimizlə dəstəklədiyimizi bildirməkdən şərəf duyuram.
Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu işğaldan azad etmək üçün başladığınız haqq işində Türkiyə xalqı ilə yanaşı, bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür.
Allahdan müqəddəs niyyətinizə çatmaq üçün xalqınıza kömək olmasını, ölkənizin daim çiçəklənmə və tərəqqi yolunda inkişaf etməsini azrulayıram.
Allahın mərhəməti daim üzərinizdə olsun. Xeyirli dualarımız Sizlərdən əksik deyil.
Qorovaya Natalya Vasilyevna Ukrayna, Kropivnitskiy şəhəri.
Möhtərəm cənab Prezident
Ukrayna Azərbaycanlıları Konqresində tanışım var. Onun vasitəsilə Azərbaycanı və azərbaycanlıları daha yaxından tanımışam. Bu məktubu yazmağıma da əsas səbəb Azərbaycana və azərbaycanlılara olan məhəbbətimdir.
Razılığınız olarsa, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni barbarlarından azad edilməsində biz də könüllü kimi iştirak etməyə hazırıq. Sizin əmrinizi gözləyirik və Azərbaycana gəlməyə hər zaman hazırıq. Biz Sizə güvənirik.
Daha çox xəbər:
C.Əhmədov: “İlahi, Səni itirən nəyi tapdı, Səni tapan nəyi itirdi?”
Cəmiyyətİlham Əliyevdən Ərdoğana təbrik məktubu
SiyasətƏrdoğan Prezident İlham Əliyevə yunan səfirinə dediyi sözlərə görə təşəkkür ...
DünyaPrezidentə yazırlar: “Sizə və Azərbaycan ordusuna inanırıq” — MƏKTUBLAR
SiyasətAzərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
Gündəm, Siyasət