Siyasət
13 noyabr 2020
983
Milli Məclis Prezidentə və xalqa müraciət edib - VİDEO/YENİLƏNİB
Parlamentin bu gün keçirilən iclasında Milli Məclis Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib.
Müraciəti Milli Məclisin deputat Nigar Arpadarai təqdim edib.
Müraciətdə deyilir: “1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycanın 20 faiz ərazisi Ermənsitan silahlı qüvvələri tərəfindən işğal olunub .20 mindən çox soydaşımız qətlə yetirilib, 1 milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkün salınıb. 1992-ci ilin fevralın 26-da Xocalı soyqrımı törədilib...”.
***
Milli Məclisin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edilməsi ilə bağlı komissiya yaradılıb.
Bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova məlumat verib.
Komissiyanın tərkibinə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, deputatlar Erkin Qədirli, Nizami Cəfərov, Nigar Arapadarai, Tural Gəncəliyev daxil edilib.
***
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.
“Ölkə.Az” xəbər verir ki, iclasda Milli Məclis Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edir.
Daha çox xəbər:
Milli Məclis Prezidentə və xalqa müraciət edilməsi üçün komissiya yaradıb
SiyasətMilli Məclis sədri: “Ermənistan aldığı sarsıdıcı zərbədən hələ uzun müddət ...
SiyasətMilli Məclis Prezidentə və xalqa müraciət edir - CANLI YAYIM
Gündəm, Siyasət, VideoMilli Məclis Prezidentə və xalqa müraciət edəcək
SiyasətMilli Məclisin növbədənkənar 8 İCLASI KEÇİRİLİB
Gündəm, Siyasət