Siyasət
01 dekabr 2020
1169
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli sərəncamına əsasən hərbi xidmətə çağırılmış aşağıdakı kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər:
1.1. üç və ya daha çox uşağı olan;
1.2. himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;
1.3. himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;
1.4. ailənin tək övladı olan;
1.5. ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;
1.6. döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;
1.7. yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;
1.8. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Daha çox xəbər:
Azərbaycanda yeni yubiley medalı təsis edilib - FOTO
SiyasətSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yubiley medalı ...
SosialSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı - Ya ...
CəmiyyətQismən səfərbərlik - Kimlər və nə qədər müddətə orduya çağırıla bilər?
CəmiyyətPrezident hərbi xidmətə çağırış haqqında sərəncam imzaladı
Cəmiyyət