Siyasət
25 sentyabr 2020
1001

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi – SİYAHI

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi – SİYAHI


Altıncı çağırış Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyinə 22 məsələ daxil edilib.
Milli Məclisdən "Ölkə.Az"a verilən məlumata görə, iclasda Milli Məclisin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında sənəd müzakirəyə çıxarılacaq.

Həmçinin, Milli Məclisin Hesablayıcı Komissiyasının üzvünün seçilməsi haqqında məsələyə baxılacaq.

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərarında dəyişiklik edilməsi məsələsinin də müzakirəyə çıxarılması gözlənilir.

Digərləri isə qanun layihələridir. Onları təqdim edirik:

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” sazişin təsdiqi haqqında qanun layihəsi.

Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və “2020-ci il dövlət büdcəsi haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanununun layihəsi (birinci oxunuş).

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş).

Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi barədə (birinci oxunuş).

“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə (birinci oxunuş).

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

“Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş).

“Sosial müavinətlər haqqında”qanunda dəyişiklik layihəsi (birinci oxunuş).

Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” qanunda dəyişiklik layihələri (birinci oxunuş),

Mülki Prosessual Məcəlləsində, Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş).

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş).

Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi barədə (birinci oxunuş).

Qeyd edək ki, plenar iclas sentyabrın 30-da keçiriləcək.
Geri 1 2 3 4 5 6 7 8 9 İrəli