Siyasət
13 noyabr 2020
979

Milli Məclis sədri: “Ermənistan aldığı sarsıdıcı zərbədən hələ uzun müddət özünə gələ bilməyəcək”

Milli Məclis sədri: “Ermənistan aldığı sarsıdıcı zərbədən hələ uzun müddət özünə gələ bilməyəcək”


Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Resublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət məsələsi müzakirə olunur.

Giriş nitqi ilə çıxış edən Milli Məclis Sədri Sahibə Qafarova bildirib ki, bu gün Azərbaycan xalqı 30 il həsrətində olduğu işğal altında olan torpaqlarına qovuşaraq, gözlədiyi qələbəyə şahid oldu. “Bu qələbə yenilməz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuzun həyata keçirilən uğurlu əməliyyat nəticəsində mümkün oldu. Azərbaycan xalqı məğlubiyyət acısından xilas olaraq qalib xalqa çevrildi”, - Milli Məclis sədri deyib.

Spikerin fikrincə, bu müharibədə Ermənistan elə ağır zərbə alıb ki, uzun illər özünə gələ bilməyəcək. “Bu gün Ermənistanda baş verən proseslər bunun bariz nümayəndəsidir. Ermənistanda çox mürəkkəb ictimai-siyasi vəziyyət yaranıb və ölkədə böhran hökm sürməkdədir. Müxalifət liderləri kütləvi həbs edilir, deputatalar mandatalırnda məhrum edilməklə hədələnir. Ermənistan baş verən bu hadisələrə baxmayaraq dümya birliyi susmaqda davam edir”- o qeyd edib.

Spiker əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan sürətli inkişaf edəcək, məcburi köçkünlər öz yurdlarına dönəcək. “Hələ bir il öncə cənab Prezident İlham Əliyev Soçidə Valday klubunda çıxış edərkən bəyan etdi ki, “Qarabağ Azərbaycandır və nida” və biz bir ildən sonra ərazilərimiz işğaldan azad olunaraq, ərazi bütövlüyümüz təmin olundu. Biz Qarabağımıza qovuşduq”.
Geri 1 2 3 4 5 6 7 8 9 İrəli