Siyasət
29 dekabr 2020
1005

Əli Əsədov Milli Məclisin iclasında

Əli Əsədov Milli Məclisin iclasında


Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

“Report” xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantıda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi davam edir.

İclasda Baş nazir Əli Əsədov da daxil olmaqla hökumət nümayəndələri iştirak edirlər.

Deputatlar qanun layihəsi ilə bağlı çıxış edirlər.

Qeyd edək ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri isə 25 milyard 427 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 faizi həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 milyard 303 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 milyard 208,9 milyon manat və yaxud 5 faiz çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri 28 milyard 543 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard 50,8 milyon manat və yaxud 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 milyard 117,1 milyon manat və yaxud 16,9 faiz çoxdur.
Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli