Sosial
25 avqust 2020
433
Azərbaycanda ov mövsümü bu tarixdə açılır

Azərbaycan ərazisində 2020-2021-ci illər üçün ov mövsümü Ov Məsələləri üzrə Koordinasiya Şurasının qərarı ilə 1 sentyabr tarixindən etibarən açıq elan edilir.
Barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firuddin Əliyev bildirib.
O qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi, AMEA-nın Zoologiya İnstitutu, Azərbaycan Ovçular və Balıqçılar, Azərbaycan Ornitoloji Cəmiyyətləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və ov mövsümünün başlanmasına qərar verilib.
Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib.

Daha çox xəbər:

Bu gündən kafe və restoranlar açılır
Sosial
Azərbaycanda açıq havada fəaliyyət göstərən kafe və restoranların açılmasın ...
Ölkə.jpg)
Çimərlik mövsümü başlayır — Dəniz qurbanı olmamaq üçün nələri etməliyik? - ...
Cəmiyyət
Əli Əsədovdan restoran və kafelərlə bağlı — MÜHÜM QƏRAR
Siyasət
Azərbaycanda daha bir çempionat dayandırıldı
İdman