Sosial
01 sentyabr 2020
342
Nazirlikdən Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünün kəsilməsi ilə bağlı AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altı ildən artıqdır erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın təqaüdünü kəsib.
Bu barədə mediaya D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. Nazirlik yayılan məlumatlara aydınlıq gətirib.
Məsələ ilə bağlı Nazirliyin mətbuat katibi Fazil Talıbov Oxu.Az-a açıqlamasında erməni girovluğunda qalan soydaşımız Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın əlilliyinə görə ona verilən pensiya ödənişinin dayandırılmadığını bildirib.
Belə ki, F.Əsgərovanın əlillik sənədlərində elektron sistem tərəfindən müəyyən uyğunsuzluq aşkar edilib. Lakin onun əyani müayinəsi nəticəsində tərtib olunan sənəd əsasında bu uyğunsuzluq aradan qaldırılıb. F.Əsgərovanın əlilliyi və buna görə ona pensiya ödənişi davam edir.
Ümumilikdə əlillik təyinatlarının araşdırılması e-sistem tərəfindən aparılır və fərdi xarakter daşımır. Hər hansı uyğunsuzluq aşkar olunduqda bu barədə vətəndaşa məlumat verilərək əyani müayinə nəticəsində aradan qaldırılır.
Məlumat üçün bildirək ki, Dilqəm Əsgərovun həyat yoldaşı Əsgərova Firuzə Şura qızı 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd alır.
Daha çox xəbər:
Sahil Babayev Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünü kəsdi — “Göstəriş ...
Gündəm, ÖlkəAynişan ilk dəfə həyat yoldaşı ilə boşanmalarından danışdı — FOTO
Şou biznesTenderin qalibi Kəmaləddin Heydərovun həyat yoldaşı oldu
CəmiyyətDaha 2 min 600 əsassız əlillik ləğv olunub
Ölkə190 manat bank kartlarına köçürüləcək — Nazirlikdən açıqlama
Cəmiyyət