Sosial
03 sentyabr 2020
330

Avtobuslarda gediş haqqı 50 qəpik olacaq — İDDİA

Avtobuslarda gediş haqqı 50 qəpik olacaq — İDDİA


“Azərbaycanda ictimai nəqliyyatda bahalaşma gözlənilir”.
"Ölkə.Az" xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsində yazıb.

“Bakı Nəqliyyat Agentliyinin (BNA) nümayəndəsini "taksini gündəlik istifadə olunan nəqliyyat vasitəsinə çevirmək doğru deyil, bunun üçün müntəzəm sərnişin daşıma var" fikirlərinə müxtəlif mənbədən fərqli şərhlər yazılsa da, mən də özəl olaraq sizinlə 2 qənaətimi bölüşmək istərdim.
1) Xatırlayırsınızsa, "pomidor taksi"lərin təqdimatı zamanı bundan sonra qiymətlərin bahalaşdırılacağını və istismar müddəti köhnə olan avtomobillərin xidmət bazarından çıxarılaraq, yeganə rəqabətli bazar olan taksi xidmətlərinin də inhisara alınacağını bildirmişdim. Yanılmamışam, proseslər ora doğru gedir.

2) Taksi xidmətlərinin bahalaşdırılması ictimai nəqliyyatda da gediş haqqının artırılacağı niyyətindən xəbər verir. Böyük ehtimalla, öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, o sıradan da metroda gediş haqları qaldırılacaq. Gözlənilir ki, ictimai nəqliyyatda gediş haqqı 50 qəpik olsun.

Odur ki, bilin ki, BNA nümayəndəsi sözü heç vaxt havaya deməz, anında və məkanında işlədib. Bir sözlə, ayının min oyunu var, bir armudun başında”, - deyə Qubad İbadoğlu bildirib.