Sosial
09 oktyabr 2020
466

Mahmud Bagırov: Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi

Mahmud Bagırov: Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi


Bugün tam əminliklə deyə bilərik ki, bir ölkənin tarixinin, xalqın keçmişinin sübutu məhz həmin bölgənin mədəniyyətidir. Bir məmləkətin mədəniyyəti, təbii ki, qısamüddətli zaman çərçivəsində deyil, əsrlərlə formalaşan bir amildir. İnkişaf etmiş ölkələr həm də yol mədəniyyətinə görə seçilirlər. Yol, eyni zamanda vətəndaşların rahat həyatı, güclü iqtisadiyyat deməkdir. Müstəqil Azərbaycan bütün sahələrdə olduğu kimi, özünün yol mədəniyyəti ilə də dünyada fərqlənən ölkələr sırasındadır. Respublikamızda yol infrastrukturunun qurulması işi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək: “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”. Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı dövlət strategiyasında yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır.

Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi. Görkəmli dövlət xadiminin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaratdı. Bu işlər bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Yaxın keçmişimizi xatırlasaq, təsdiq edərik ki, bu gün üzərində rahatlıqla, xoş əhval-ruhiyyə ilə səfər etdiyimiz rahat yollar o vaxt heç də ürəkaçan deyildi. Kəndlərdən şəhərə gəlmək üçün çox əziyyətli bir yol qət etməli olurduq. Ancaq dövlətimiz müstəqillik əldə etdikdən sonra “Yol mədəniyyətdir” prinsipinə uyğun olaraq yol infrastrukturu yenidən qurulmağa başlanıldı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına hesablanaraq qəbul edilən “Dövlət Proqramları”na uyğun yolların müasirləşdirilməsi istiqamətində yerinə yetirilən layihələrin həcmi ildən-ilə artmaqdadır. Yol infrastrukturunun daha da təkmilləşdirilməsi kimi sosial yönümlü tədbirlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 47 nömrəli Yol İstismar MMC-nin rəisi Mahmud Bagırovdur.

47 nömrəli Yol İstismar MMC-nin rəisi Mahmud Bagırov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mahmud Bagırov bu işin müqəddəsliyini qoruyub saxlayır. Mahmud Bagırov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Mahmud Bagırovdan danışdılar yaxşı ki, Mahmud Bagırov 47 nömrəli Yol İstismar MMC-nin rəisidir… Mahmud Bagırov öz isguzarlığı ilə tanınır və seçilir….

Mahmud Bagırov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Mahmud Bagırov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Mahmud Bagırov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Mahmud Bagırov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Mahmud Bagırovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Mahmud Bagırov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mahmud Bagırov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 47 nömrəli Yol İstismar MMC-nin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Mahmud Bagırov özünü doğruldub. Bizdə hörmətli Mahmud Bagırovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.