Sosial
18 dekabr 2020
537
Deputat: "İcra hakimiyyətlərində şəhid və döyüşlərdə iştirak edənlərin ailələri incidilir”

Bizə siqnallar daxil olur ki, yerli icra hakimiyyətlərində şəhid ailələri və Vətən müharibəsində döyüşən insanların ailələri incidilir.
“Ölkə.Az” xəbər verir ki, bunu millət vəkili Sabir Rüstəmxanlı bildirib.
Onun sözlərinə görə, artıq bununla bağlı bizlərə müraciət daxil olmaqdadır. “Seçildiyim rayonda belə halların olduğu barədə müraciətlər daxil olmaqdadır. Yerli icra hakimiyyətləri koronavirusu bəhanə edib insanları qəbul etmək istəmirlər. Qəbulə gəlmək istəyən iinsanların çoxu isə şəhid ailələri və döyüşlərdə iştirak edən şəxslərin ailələridir. Hesab edirəm ki, bizin 44 günlük Vətən müharibəsi və əldə olunan qələbəyə kölgə salmağa yol vermək olmaz. Bunun qarşısı alınmalıdır”- millət vəkili bildirib.
Milli Məclis sədri Sahibə Qafarova daxil olan məlumatlar barədə faktları təqdim etməyə təkid etdi.

Daha çox xəbər:

Şəhid ailələri özünüməşğulluq proqramına cəlb edildi - Fotolar
Sosial
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
Sosial
Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
Sosial
Nazirlikdən Tovuzda şəhid olan hərbi qulluqçuların ailələri ilə bağlı — AÇI ...
Ölkə
Şəhid ailələri və müharibə əlillərinə avtomobil və mənzillər verildi — FOTO
Cəmiyyət