Sosial
23 dekabr 2020
232
Zakir Həsənov qoşunların təminatında nöqsana yol verən şəxsləri cəzalandırıb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə qısa müddət ərzində mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitinin yoxlanılmasını həyata keçirib.
Bu barədə "Ölkə.Az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkar edilməyib: "Bununla belə bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkar olunan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb. Vəzifələrinin icrasına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb və onlar barəsində müvafiq tədbirlər görülüb".
Daha çox xəbər:
Zakir Həsənov rus sülhməramlıların komandanı ilə görüşdü - Foto
Gündəm, Siyasət“Azərbaycan xalqı qələbə həsrəti ilə yaşayırdı” - Zakir Həsənov
Gündəm, SiyasətDöyüşçülər üçün səyyar təminat məntəqələri yaradılıb - VİDEO
Ölkə, VideoZakir Həsənov: “Azərbaycan Ordusu sərt qabaqlayıcı tədbirlərin görülməsinə ...
SiyasətAzərbaycan hərbçiləri bu gün Moskvada Qələbə paradında iştirak edəcək
Gündəm, Ölkə