Sosial
07 yanvar 2021
270
Qaz sayğacları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: yanvarın 10-dək...
"Azəriqaz" İstehsalat Birliyi olaraq 2020-ci il dekabr ayının 31-də mexaniki-elektron sayğac istifadəçisi olan abonentlərimizdən xahiş etmişdik ki, kim sayğacının göstəricisinin 2021-ci il yanvar ayının 10-dan tez oxunaraq bazaya yüklənməsini istəyirsə, sayğacın aydın görünən və üzərində çəkilmə tarixinin əks olunduğu fotolarını Birliyin qaynar xəttinə (+99477 3 104 104) göndərsin. Belə olan halda onlar üçün yeni ilin aşağı tarifli güzəştli limit həddi (illik hər kubmetri 10 qəpikdən olan 2200 kubmetr) fotonun qeydə alındığı tarixdən hesablanacaq. Əks halda, mexaniki-elektron sayğacların göstəriciləri yanvarın 10-dək oxunaraq bazaya təqdim olunacaq. Bu təklif prosesi tezləşdirmək istəyən abonentlər üçün irəli sürülmüşdü".
"Ölkə.Az" xəbər verir ki, bu barədə birliyin yaydığı məlumatda deyilir. Qeyd edilib ki, qaynar xəttə ümumilikdə 1334 foto daxil olub. Bu müraciətlərdən 1192-si abonent bazasına artıq daxil edilib və müvafiq bildirişlərin həmin abonentlərə təqdim edilməsi üçün struktur bölmələrə tapşırıqlar verilib. 142 foto isə oxunmaya yararlı olmayıb. Ümumilikdə Birlik tərəfindən 1 milyon 282 min 500 ədəd mexaniki-elektron sayğacın oxunması təmin edilməlidir. Yanvarın 6-sı günorta saatlarına qədər bu işin 31%-i icra olunub. Fiziki sayğac oxunuşu üzrə hesabatın yanvarın 9-na günorta saatlarına yekunlaşdırılması nəzərdə tutulur.
Daha çox xəbər:
Pensiyalar yeni qayda ilə hesablanacaq - Qanuna dəyişiklik edilir
Sosial“11 milyon borc ödənilməsə, qaz kəsiləcək” - “Azəriqaz”dan xəbərdarlıq
Sosialİpoteka və Kredit Zəmanət Fondunun bazasına yeni mənzillər əlavə olunacaq - ...
İqtisadiyyatQaz sayğaclarına onlayn nəzarət tətbiq olunacaq
SosialNazir: “Sahibkarlar üç milyon manata qədər güzəştli kredit götürə bilərlər”
Gündəm, Cəmiyyət