Sosial
08 yanvar 2021
982
Bu mənzillər şəhid ailələrinə veriləcək
“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti keçən il məcburi köçkünlər üçün inşa edilən mənzillər və yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansına verilib. Həmin mənzillər şəhid ailələrinə veriləcək”.
Bunu Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.
O bildirib ki, söhbət 4 700-ə yaxın mənzilli qəsəbələrdən və yaşayış kompleksindən gedir:
“Həmin mənzillər Bakı, Sumqayıt, Abşeron, eləcə də Samux və Lənkəran rayonu ərazisində inşa olunub. Həmin mənzillər artıq istifadəyə hazırdır. Eyni zamanda evlər sosial texniki infrastrukturla təchiz edilib. Yəni mənzillər tam olaraq yaşam üçün hazır vəziyyətdədir”.
Sədr müavini qeyd edib ki, mənzillərin paylanma mexanizmi ƏƏSMN-in səlahiyyətindədir.
Daha çox xəbər:
Bu evlər şəhid ailələrinə VERİLƏCƏK - PREZİDENTDƏN TAPŞIRIQ
Sosialİpoteka və Kredit Zəmanət Fondunun bazasına yeni mənzillər əlavə olunacaq - ...
İqtisadiyyatAztəminatlı gənclərə pulsuz mənzillər veriləcək — RƏSMİ
CəmiyyətBakıda ucuz mənzillər bahalaşıb — Bahalı mənzillər isə ucuzlaşıb
CəmiyyətŞəhid ailələri və müharibə əlillərinə avtomobil və mənzillər verildi — FOTO
Cəmiyyət