Sosial
11 yanvar 2021
1047
Nazirlikdən şəhid ailələri və müharibə iştirakçılarına dəstəklə bağlı VACİB ADDIM
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycanın rəhbərliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında onlayn görüş keçirilib.
Palatadan verilən məlumata əsasən, görüş şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək və bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri mövzusunda keçirilib.
AmCham Azərbaycanın prezidenti Nuran Kərimov bildirib ki, AmCham Azərbaycan öz korporativ sosial məsuliyyət siyasətinin tərkib hissəsi olaraq şəhid ailələrinin və
müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması məsələsinə xüsusi əhəmiyyət verir. O həmçinin vurğulayıb ki, Palata üzvləri tərəfindən bu istiqamətdə töhfə vermək üçün mütəmadi olaraq müxtəlif işlər görülür.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov təşkil edilmiş tədbirin dövlət və biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu qeyd edib. O həmçinin hazırda Nazirlik tərəfindən qeyd edilən istiqamətdə həyata keçirilən layihələr və şəhid ailələrinin, müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması üçün aparılan tədbirlər və s. barədə ətraflı məlumat verib.
N.Kərimov qeyd edib ki, AmCham Azərbaycanın bu təşəbbüsü olduqca təqdirəlayiq haldır və nazirlik palata ilə əməkdaşlığı davam etdirməyə hazırdır.
Sonda tərəflər şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək, o cümlədən
onların məşğulluğunun təminatı istiqamətində birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.
Daha çox xəbər:
Şəhid ailələri və müharibə əlillərinin sosial ödənişləri artırılır? - RƏSMİ ...
SosialSahil Babayev: “Gələn il şəhid ailələrinin, əlillərin sosial müdafiəsi gücl ...
SosialŞəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
SosialNazirlikdən Tovuzda şəhid olan hərbi qulluqçuların ailələri ilə bağlı — AÇI ...
ÖlkəŞəhid ailələri və müharibə əlillərinə avtomobil və mənzillər verildi — FOTO
Cəmiyyət