Sosial
01 fevral 2021
247

Bu gündən kafe və restoranlar AÇILIR

Bu gündən kafe və restoranlar AÇILIR


Bu gündən restoran, kafe və çayxanaların fəaliyyəti bərpa olunur.
 Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət bərpa olunub.

Qeyd olunan iaşə müəssisləri bu gündən şənbə və bazar günləri də yerində xidmət göstərə biləcək.

Bu yerlərdə pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.