Sosial
09 mart 2021
272
Azərbaycanda şəxsiyyət vəsiqəsi ilə bağlı dəyişiklik gözlənilir
Azərbaycanda “Pasportlar haqqında” qanuna şəxsiyyət vəsiqəsində baş örtüklərindən istifadə edilməsi ilə bağlı əlavə və dəyişikliklərin edilməsi təklif edilir.
Trend xəbər verir ki, bu, Azərbaycanda insan hüquqlarının qorunması haqqında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində qeyd edilib.
Hesabatda bildirilir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda şəxsiyyət vəsiqəsinin üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun fotoşəklin yerləşdirilməsinin nəzərdə tutulmasına baxmayaraq, həmin tələblərə aydınlıq gətirilmir və bu hallar şikayətlərə səbəb olur. Bunun üçün də fotoşəkillərin yol verilən nümunələrinin (baş örtüklərindən istifadə edilməsi və s.) əks etdirilməsi ilə bağlı müvafiq qanuna, habelə “Pasportlar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi təklif edilir.
Bununla yanaşı təklif edilir ki, şəxsin ölkədən çıxışına məhdudiyyətin yalnız məhkəmə qərarı əsasında qoyulması və qəbul edilmiş qərara dair müvafiq şəxsin əlaqə vasitələrinə (mobil nömrəsinə, elektron poçt və ya ev ünvanına və s.) xəbərdarlıq bildirişinin göndərilməsi ilə bağlı müddəanın qanunvericiliyə əlavə edilsin.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda şəxsin yaşayış sahəsindən çıxarıldığı və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildiyi hallarda onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının mülkiyyətçinin (əmlak sahibinin) tələbinə əsasən inzibati qaydada həyata keçirilməsi mexanizminin hazırlanması və bununla əlaqədar həmin qanuna əlavə və dəyişikliklərin edilməsi də tövsiyə edilir.
Daha çox xəbər:
Azərbaycanda “süd pulu”nun artırılması təklif edilir
Sosial“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik I oxunuşda qəbul ...
CəmiyyətMilli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi – SİYAHI
SiyasətMaşının özgəninkiləşdirilməsinə görə dövlət rüsumu dəyişir
İqtisadiyyatSərt karantinin olduğu bütün yerlərdə SMS-icazə belə alınacaq - Video
Gündəm, Cəmiyyət