Sosial
12 mart 2021
289
Bəzi pensiyalar niyə dayandırılıb? - Nazirlik açıqladı
“Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əsassız olaraq kimsənin pensiyası dayandırılmır. 2018-ci ildən etibarən bu sahədə ciddi iş aparılır. Şəxsin əsassız olaraq pensiya hüququndan istifadə etdiyi aşkarlananda, pensiyanın təyin olunduğu dövrlə bağlı nöqsan aşkarlananda və ya indiki qanunvericiliyə uyğun olmadıqda məbləğlərə düzəliş edilir”.
“Report xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.
O bildirib ki, əgər şəxsin pensiyanı əsassız şəkildə alması müəyyən olunubsa bu halda pensiya dayandırılır: “Bu halda vətəndaş sərbəst şəkildə Fondun yerli bölmələrinə, yaxud məhkəməyə müraciət edə bilər. Onu da qeyd edə bilərəm ki, bu günə qədər dayandırılmış pensiya işlərindən heç biri ilə bağlı əsassız şikayət daxil olmayıb. Son 2 il ərzində pensiyalar üzrə təxminən 280 milyon manat həcmində əsassız ödənişlər aşkarlanıb. Təbii ki, bu da şəffaflanmanın göstəricisidir”.
Daha çox xəbər:
Orta aylıq əmək pensiyası 338, yaşa görə pensiya 370 manat olacaq - Nazir
SosialAzərbaycanda pensiya ilə bağlı mühüm dəyişiklik — AÇIQLAMA
SosialPensiyalar və digər sosial ödənişlərlə bağlı — MÜHÜM AÇIQLAMA
SosialDaha 2 min 600 əsassız əlillik ləğv olunub
ÖlkəPensiya alanların nəzərinə — Dəyişikliklər var
Cəmiyyət