Sosial
15 mart 2021
290
Şəhid ailələrinə verilən sığorta ödənişlərinin həcmi məlum oldu
Vətən müharibəsi başlayandan 2020-ci ilin sonunadək 6 110 şəxsə 22,3 milyon manat sığorta ödənişi verilib.
"Ölkə.Az"ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, onlardan 1 347 nəfər şəhidin vərəsələri (təxmini ödəniş həcmi 14 milyon 817 min manat), 4 763 nəfər xəsarət alanlardır.
Qanuna müvafiq olaraq şəhid olmuş hərbçilərin vərəsələrinə 11 min manat, I qrup əlillərə 8 800 manat, II qrup əlillərə 6 600 manat, III qrup əlillərə 4 400 manat, ağır və yüngül xəsarət alanlara müvafiq olaraq 2 750 manat və 550 manat məbləğində sığorta ödənişi verilir.
Müvafiq sığorta ödənişlərinin operativliyinin təmin olunması məqsədilə Mərkəzi Bankda işçi qrup yaradılıb. İşçi qrup hərbi qulluqçulara və onların vərəsələrinə Qanunla müəyyən edilmiş təsdiqedici sənədlərin sürətli qaydada təqdim olunması üçün müvafiq dövlət qurumları - Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir.
Daha çox xəbər:
Sahil Babayev: “Gələn il şəhid ailələrinin, əlillərin sosial müdafiəsi gücl ...
SosialHansı hərbçilərə ayda 80 manat ödəniləcək? - RƏSMİ CAVAB
SosialŞəhid və yaralıların ipoteka borcunu sığorta şirkətləri qarşılayır
Sosial830 şəhidin kredit borcları silinib
Ölkəİşsizlərə ŞAD XƏBƏR — Ödəniş alacaqlar
Sosial