Sosial
23 yanvar 2021
1174

Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək

Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək


Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçiriləcək.

Oxu.az xəbərinə görə, iclasda komitənin 2020-ci ilin payız sessiyasında gördüyü işlər barədə hesabat dinləniləcək.

Bundan sonra isə komitənin 2021-ci il yaz sessiyasına dair iş planı müzakirə ediləcək.

Bununla yanaşı “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, layihəyə əsasən, Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin siyahısı genişləndirilir.

Qanunun qüvvədə olan variantına əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkənlərin siyahısına əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər daxildir.

2021 vakansiyalar
Eyni zamanda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib.

Layihədə isə həmin kateqoriyadan olan insanların siyahısına şəhid ailəsinin üzvləri də daxil edilir.

Həmçinin sosial iş yerlərinin təşkili və özünüməşğulluğa kömək göstərilməsi zamanı da şəhid ailələrinə üstünlük verilməsi təklif edilir.
Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli