Sosial
05 avqust 2020
975
Rayona getmək üçün icazələr belə alınacaq
COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq.
Elektron Hökumətin İnkişafı Mərkəzindən daxil olan məlumata görə, bu müddətdə isə həmin şəhər və rayonlarda giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək.
Nazirlər Kabinetinin müvafiq Qərarı ilə fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin 5 avqust tarixindən icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb. Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icaze.e-gov.az portalında “İcazələr” bölməsinə daxil olur. Açılmış bölmədə “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir.
Əgər əməkdaşın indiyədək sistemdə icazəsi olubsa, bu zaman “İcazələr” bölməsinə daxil olaraq "Aktivləşdir" düyməsinə klik etmək, sistemə indiyədək daxil edilməyən əməkdaş üçün isə “Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır.
Vətəndaşlar yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Daha çox xəbər:
Əli Əsədovdan sərt karantinlə bağlı əlavə tədbirlər barədə — QƏRAR
Ölkə14 şəhər və rayonda sərtləşdirilmiş karantin rejimi davam edəcək
Cəmiyyət“ASAN xidmət”dən həftəsonları iş rejimi ilə bağlı — AÇIQLAMA
CəmiyyətAzərbaycanda bu məhdudiyyət aradan qaldırıldı
Cəmiyyətİcaze.e-gov.az portalı yenidən aktivləşdirildi — RƏSMİ + VİDEO
Cəmiyyət