Sosial
01 oktyabr 2020
1277
Baş Polis İdarəsindən komendant saatı ilə bağlı əhaliyə - Müraciət
"Hərbi vəziyyət elan olunmuş dövrdə paytaxt Bakıda saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir. Komendant saatının qüvvədə olduğu müddətdə şəxslər yalnız xidməti vəsiqə əsasında və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçib xüsusi icazə aldıqda hərəkət edə bilərlər".
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin məlumatında deyilir.
Bildirilir ki, bununla əlaqədar komendant saatının tətbiq edildiyi müddətdə giriş-çıxış edən sakinlərdən və digər şəxslərdən gedəcəkləri ünvanadək olan məsafəni nəzərə alıb komendant saatı başlayanadək səfərlərini, öz işlərini başa çatdırmaq, eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan yaşadıqları (qaldıqları) ünvanı tərk etməmək xahiş olunur.
Daha çox xəbər:
İctimai nəqliyyat bu saata kimi fəaliyyət göstərəcək – RƏSMİ
SosialKafe və restoranların iş saatı açıqlandı
SosialRayona getmək üçün icazələr belə alınacaq
SosialSMS icazə ilə rayonlara getmək istəyənlər postlardan buraxılacaq? — AÇIQLAM ...
CəmiyyətSabahdan bu şəhərlərdə iş saatı dəyişir — Baş Nazir qərar verdi
Cəmiyyət