Sosial
29 dekabr 2020
966
2021-ci ildə yaşayış minimumu 196 manat olacaq
2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu ölkə üzrə 196,0 manat məbləğində müəyyən edilib.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur. Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Daha çox xəbər:
Növbəti ildə ehtiyac meyarı 170 manat səviyyəsində müəyyənləşdirilib
SosialSahil Babayev: “Gələn il şəhid ailələrinin, əlillərin sosial müdafiəsi gücl ...
SosialƏli Əsədov Milli Məclisin iclasında
SiyasətMilli Məclisin iclası başlayıb, büdcə müzakirələri davam edir
SiyasətBu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
Siyasət