Sosial
01 mart 2021
998
Sahil Babayev şəhid ailələrinə mənzil verilməsindən DANIŞDI
Növbəti 5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzilin verilməsi nəzərdə tutulur.
Trend bildirir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bu il rekord sayda - 3000 mənzilin şəhid ailələri və müharibə əlillərinə verilməsi planlaşdırılır.
S.Babayev deyib ki, 2021-ci ilin yanvar ayınadək ölkədə 9178 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Yalnız ötən il 1572 mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib. Həmin mənzillərin 1500-ü dövlət vəsaiti hesabına, 72-si isə sosial tərəfdaşlar tərəfindən təqdim olunub.
Nazir əlavə edib ki, indiyədək verilən mənzillər 2014-cü ilin yanvar ayınadək növbəyə dayanmış şəhid ailələri və müharibə əlillərini əhatə edirdi.
Daha çox xəbər:
Nazir: “İndiyədək 12 min şəhid və müharibə əlilinin ailəsi sosial qayğı ilə ...
SosialŞəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə daha 57 ev təqdim edildi - FO ...
SosialŞəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
SosialDaha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
SosialŞəhid ailələri və müharibə əlillərinə avtomobil və mənzillər verildi — FOTO
Cəmiyyət