Şou biznes
28 iyul 2020
340
Türkiyədə erməni müğənninin konserti və müqaviləsi LƏĞV OLUNDU
Türkiyənin Eskişehir şəhərində erməni əsilli müğənni Levon Toposyanın konsert verməsinin qarşısı alınıb.
Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın bildirib ki, iyulun 24-də şəhərin lüks restoranlarından birində erməni əsilli müğənni Levon Toposyanın çıxış edəcəyi xəbərini alan kimi sözügedən əyləncə məkanının rəhbərliyi ilə danışıqlar aparılıb.
Restoran rəhbərliyinə təqdim olunan rəsmi müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədində xaincəsinə hərbi təxribatlar törətdiyi, Azərbaycan tərəfinin şəhid verdiyini, Eskişehir və Türkiyənin digər şəhərləri də daxil olmaqla dünyanın müxtəlif ölkələrində ermənilərin təcavüzkar siyasətinə etiraz aksiyalarının keçirildiyi və bütün bu hadisələrin dünya ictimaiyyətinin nəzərinə çatdırıldığı, ermənilərin ABŞ-ın Los-Anceles, Belçikanın Brüssel, Fransanın Paris şəhərlərində dinc aksiyalar keçirən, Rusiyada isə ticarətlə məşğul olan azərbaycanlılara hücum etdikləri və müxtəlif dərəcəli xəsarət yetirdikləri barədə ətraflı məlumat verilib.
Bundan sonra 24 iyul konserti və erməni əsilli müğənni ilə bağlanması planlaşdırılan uzun müddətli müqavilə ləğv olunub. /konkret.az/
Daha çox xəbər:
Avropanın məşhur saytı Brüsseldəki erməni vandalizmindən yazdı
DünyaDünyanın iki ən böyük yəhudi təşkilatı azərbaycanlılara qarşı erməni hücuml ...
DünyaKamran Əliyev xaricdəki Baş prokurorlara rəsmi müraciət etdi
SiyasətABŞ-ın Azərbaycandakı səfiri XİN-ə çağırılıb
SiyasətErmənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi açıldı ...
Siyasət