Şou biznes
11 iyun 2020
359
Daha bir jurnalist ATV-dən ayrıldı — FOTO

ATV telekanalının Xəbərlər Departamentinin redaktoru Nicat Sadıqlı işdən ayrılıb.
Bu barədə jurnalist özü “Facebook” səhifəsində məlumat verib.
“Əziz dostlar. Bu gün 8 il çalışdığım ATV telekanalından öz istəyimlə ayrıldım. Necə deyərlər, tarix baxımından az olsa da, insan ömrü baxımından az müddət deyil. Bu müddət ərzində “ATV Xəbər” proqramında mənə həvalə olunan redaktor, baş redaktorun müavini, şef redaktor vəzifələrinin öhdəsindən gəlməyə çalışdım. Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm”,- deyə o, qeyd edib.
N. Sadıqlı bu addımı səhhətində yaranan problemlərə görə atdığını vurğulayıb.
“Bir az səhhətimə fikir verməliyəm, hər şey düzələndən sonra yola davam edərik”.


Daha çox xəbər:

Koronavirusa yoluxan deputatdan xəbər var — “Sağalmaq üzrəyəm”
Cəmiyyət
Daha bir məşhur azərbaycanlı xəstəxanaya yerləşdirildi — KORONAVİRUSA GÖRƏ ...
Cəmiyyət
İlham Əliyev “Facebook” səhifəsində 15 İyun münasibətilə paylaşım edib — FO ...
Gündəm, Siyasət
Vilayət Eyvazov işə qarışdı — Deputatın adına açılmış…
Gündəm, Siyasət
Azərbaycanlı rəqqasə: “Efirdə burnu zırpı Fatimə idim” — VİDEO
Şou biznes