Şou biznes
16 sentyabr 2020
310

"Serialda baxırsan kasıb, ağlayan qızın dırnaqları nə boyda..." — Vəfa Zeynalova

"Serialda baxırsan kasıb, ağlayan qızın dırnaqları nə boyda..." — Vəfa Zeynalova


"Bizdə çox istedadlı aktyor, rejissor, senarist var. Ümumilikdə, istedadlı gənclərimiz var. Sadəcə, onlardan düzgün istifadə etməyi bacarmırlar. Çünki sənətlə məşğul olan insanlar qapı döyməyi, "girişən" olmağı sevmirlər. Müəyyən insanlar var ki, hamıyla dil tapmağı bacarırlar, əslində sənətdən xəbərləri yoxdur. Onlar başlayırlar qazanc əldə edirlər, nəticədə biz əziyyət çəkir, xalqın zövqü korlanır".
Axşam.az bildirir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova "10-da görüşək" proqramında deyib. Aktrisa uzun müddətdir efirlərdən uzaq qalmasının səbəblərini açıqlayıb:

"Aktyor rejissordan asılıdır. Rejissor isə sırf baş prodüserdən asılı olur ki, ona təklif gəlsin. Prodüser anlamı bizdə yox dərəcəsindədir. Bizdə bunu köməkçi bilirlər. Yaxşı təşkilatçı olmalıdır. Aktyoru, rejissoru, maliyyəni təşkil etməlidir. Məni işgörmək maraqlandırır. Yoruldum boş-boş verilişlərə qonaq kimi təklif almaqdan, lazımsız yerdə işləməkdən. Nəticədə anladım ki, xalqı aldadıram, özümü görmədiyim yerdə olmaq istəmirəm.

Azərbaycan seriallarının ən əsas problemi maliyyədir. Pul olanda hər şey yerində olur, hamının işi bölünür: prodüser, köməkçi, təşkilatçı... Aktyor bilir ki, gedir çəkilişə. Düşünməli deyil ki, nə geyinəcəm, harada bəzənəcəm. Hər şey hazır olandan sonra rahat çəkiliş məkanına gedirəmsə, oynanamaq şansım yoxdur. İstədiyim qonorarı verəndə isə, onların haqqı var istədiklərini etməyəndə pulumu kəssinlər".
Türk və Azərbaycan seriallarını müqayisə edən V.Zeynalova bunları deyib:

"Bizdə rejissor və aktyorlar türklərdəkindən daha güclüdür. Onlarda hər şey hamı üçün o qədər rahatdır ki... Onlar nazla, kaprizlə gəlib qısa iş görürlər, hansısa obrazı canlandırır və onu elə təqdim edirlər ki... Montaj, musiqi üst-üstə gəlir və möhtəşəm olur.

Tamaşaçını aldadan görüntüdür. Bizdə biznesmenin ailəsini, varlı evi və kasıb evi verir. Aktyor oyunu yaddan çıxır: baxırıq evə, geyimə, aksesuarlara. Bizim aktyorlar özlərini öldürür, fikir vermirik. Kasıb, ağlayan, bədbəxt qız verir, uzun, şellaklı dırnaq. Düzgün təqdim etmək lazımdır".