Şou biznes
17 sentyabr 2020
405
Halil Sezai üsyan edən qonşusunu döydüyü üçün saxlanıldı

Türkiyənin tanınmış müğənnisi və aktyoru Halil Sezainin film çəkilişlərinə mane olan qonşusunu döydüyü və hədələdiyi idda edilib. Bundan sonra o, saxlanılıb.
Oxu.az xəbər verir ki, Halil Sezai və tanınmış rejissor Aytac Ağırlar İstanbulda film çəkilişi üçün villa kirayələyiblər. Ancaq dörd villadan ibarət kompleksdə yaşayan Hüseyn Meriç və Mesih Meriç buna razı olmayıb. Bu səbəbdən onların arasında aprel ayından bəri mübahisə davam edir.
Sonda Halil Sezai yanında iki nəfərlə Hüseyn Meriçin evinə gedib. İddiaya görə, Halil Sezai və yanındakılar Meriçi döyüb və hədələyib. Bundan sonra Meriç polisə şikayət edib.
Hadisə ilə bağlı istintaqa başlanılıb. Şikayətdən sonra saxlanılan Halil Sezai və yanındakı şəxslər ifadələri alındıqdan sonra sərbəst buraxılıb.
Daha çox xəbər:

Çəkilişə etiraz edən qonşusunu döydü
Şou biznes
Bakıda oğlan sevdiyi qızı küçədə qətlə yetirib — Dəhşətli qətlin TƏFƏRRÜATI
Kriminal
Bakı haqqında 52 il əvvəl çəkilmiş və heç vaxt görmədiyiniz film — VİDEO
Ölkə
Həyatın dəryasında batan Hüseyn Dərya — Bu gün onun ad günüdür
Şou biznes
Məşhur bloger Hüseyn Həsənov Moskvada saxlanıldı
Kriminal