Şou biznes
02 oktyabr 2020
426
Üzeyir Novruzov: Anama və Vətənimə görə narahatam - FOTO

Kanadanın “Cirque du Soleil” sirk şousunda çıxış edən tanınmış azərbaycanlı sirk ustası Üzeyir Novruzov “Facebook” səhifəsində anası ilə çəkdirdiyi təsirli şəkil yerləşdirib.
O qeyd edib ki, anasına və Vətəninə görə narahatdır: “Azərbaycanda müharibə gedir və mənim anam orada yaşayır. Mən onun üçün dua edirəm”, - sirk ustası statusunda yazıb.
Qeyd edək ki, Ü.Novruzov Amerikanın “America's Got Talent” istedadlar şousunda, NBC telekanalının “The Champions” şousunda, “Rossiya-1” telekanalının “Qeyri-adi insanlar liqası” telelayihəsində iştirak edib. Bir neçə il əvvəl Ü.Novruzovun adı “Ginnesin rekordlar kitabı”na salınıb. O, Çində altı metr hündürlüyündə dayaqsız nərdivanda səkkiz dəqiqə müvazinətini saxlayaraq yeni rekord müəyyən edib.
Daha çox xəbər:

Siyavuş Novruzovun adı siyahıdan çıxarıldı
Siyasət
Siyavuş Novruzovun istefası qəbul edilib
Siyasət
Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verdi
Gündəm, Siyasət
“1,3 milyon manatla Naxçıvan sərhədlərini qorusun, pandemiya ilə mübarizə a ...
Siyasət
Siyavuş Novruzov da koronavirusa yoluxub? — AÇIQLAMA
Ölkə