Şou biznes
23 iyun 2020
372
Həkimdən Bəhram Bağırzadənin səhhəti ilə bağlı SON AÇIQLAMA
"Əməkdar artist Bəhram Bağırzadənin səhhətində ciddi dəyişiklik yoxdur”.
Bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Əməkdar artistin ağciyər toxumasının 90%-dən çoxu zədələndiyindən onu ECMO cihazına qoşublar.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
Daha çox xəbər:
Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı açıqlama
Şou biznesBəhram Bağırzadənin səhhətiylə bağlı SON DURUM — HƏKİMİ AÇIQLADI
Şou biznesBəhram Bağırzadənin SON DURUMU
Şou biznesBəhram Bağırzadənin vəziyyəti ilə bağlı — SON XƏBƏR
Şou biznesHəyat yoldaşı: “Bəhram Bağırzadənın səhhətində irəliləyiş yoxdur”
Gündəm, Şou biznes