Şou biznes
12 mart 2021
1075
“Eurovision” mahnımızın təqdimatı bu tarixdə olacaq

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək mahnının təqdimat tarixi açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, müğənni Samirə Əfəndinin ifası və klipinin premyerası martın 15-də baş tutacaq.
Bundan əvvəl isə sənətçinin yer aldığı ekran işinin anons görüntüləri müsabiqənin rəsmi “YouTube” səhifəsində yayımlanıb. Layihəyə maraq böyük olub, bir neçə saata 100 mindən çox insan tərəfindən izlənilib.
Həmçinin, Samirənin ifa edəcəyi mahnının adı da müəyyənləşib. Belə ki, bəstə “Game of desire” (Nəfs oyunu) adlanır. Ehtimal olunur ki, təqdim olunan 6 mahnı arasında əslən Hindistandan olan rəqqasə, alman casus Mata Haridən (Marqareta Qertruda Zelle) bəhs edən musiqi parçası seçilib.

Daha çox xəbər:

Kiyevdə Xocalı soyqırımından bəhs edən film təqdim olundu
Dünya
Alman portalında ermənilər tərəfindən dağıdılmış kəndlər haqqında videorepo ...
Dünya
Azərbaycan “Eurovision”da iştirakını təsdiqlədi
Şou biznes
Xalq artisti Polad Həşimova mahnı həsr ETDİ — VİDEO
Şou biznes, Video
Koronavirusun suda neçə saata məhv olduğu müəyyən edildi
Ölkə