Şou biznes
18 iyun 2020
1043
Karantin rejimi Əməkdar artistin qızı ilə kürəkənini "ayırdı" — 3 ay sonra... - FOTO
Aparıcı Zaur Kamal "5/5"də Əməkdar artist Mətanət İsgəndərlidən türkiyəli kürəkəni ilə canlı yayımda telefon əlaqəsi yaratmasını istəyib.
Milli.az xəbər verir ki, müğənni aparıcının istəyini yerə salmayıb.
Efirdə qızı Ülkərin həyat yoldaşı Engin bəyə zəng edən xanım sənətçi "Ülkər necə olacaq bəs? Bəlkə deyirəm gəlsin qalsın orada karantində" ifadələrini işlədib.
Müğənninin sözlərinə kürəkəni "Ayın 1-i açılacaq yollar İnşəAllah" cavabını verib. Mətanət İsgəndərli Enginlə "Allah sizi tezliklə qovuşdursun" sözləri lə vidalaşıb.
Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı yollar bağlandıqdan əvvəl Ülkər Bakıya anasının yanına gəlmişdi. Sonra uçuşlar dayandırıldı. İndi Ülkər həyat yoldaşının yanına qayıda bilmir.
Məlumat üçün bildirək ki, dünəndən etibarən Türkiyədə koronavirus pandemiyasının ikinci dalğasının başladığı elan olunub.
Xatırladaq ki, Ülkərlə Engin 2017-ci ildə ailə qurublar. Övladları yoxdur.
Daha çox xəbər:
Bakıda 29 yaşlı iş xanımı qəfildən öldü — Tanınmış cərrahın qızı idi... (FO ...
Kriminal“Səndən sonra heç vaxt evlənməyəcəm” — Xərçəngdən əziyyət çəkən aktrisadan ...
Şou biznesAzərbaycanda 67 avtomobili olan müğənni kimdir? — VİDEO
Şou biznesHəyat yoldaşı: “Bəhram Bağırzadənın səhhətində irəliləyiş yoxdur”
Gündəm, Şou biznes“Teatrın direktoru aktyorların qanını içir” — Əməkdar artist canlı efirdə ...
Şou biznes