Bölgə
17 mart 2021
1055
Şuşa qalasının girişi bərpa olundu - FOTO
Şuşada qala divarlarının girişi bərpa olunub.
Trend xəbər verir ki, qalanın girişinin uçmuş hissələri bərpa edilərək əvvəlki vəziyyətə gətirilib, girişin üzərindəki "Şuşa" yazısı da öz yerini alıb.
Bərpa işləri ilə 22 nəfərdən ibarət heyət məşğul olub.
Qeyd edək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi buraya köçürülür. Bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.
Arran memarlıq məktəbi üslubunda inşa edilən Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindəndir. Tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Dairəvi mühafizə bürclərinə malik qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir.
Daha çox xəbər:
İlham Əliyev: “Tarixi bərpa edirik”
SiyasətBərbərxana və gözəllik salonlarının fəaliyyəti bərpa olundu
ÖlkəPrezident tapşırıq verdi: Şuşada qiymətləndirmə və inventarlaşdırma işlərin ...
İqtisadiyyat“Ağdam-Xankəndi-Şuşa yolu müəyyən müddətə açılacaq”
İqtisadiyyatİctimai nəqliyyatın hərəkəti bərpa olundu
Cəmiyyət